Daşkəsən sakinini su üstündə döydülər - TƏFƏRRÜAT

Daşkəsən rayonunda su üstündə baş verən dava nəticəsində 1 nəfər ağır xəsarət alıb. Rayon sakini Əkbər Bayramov əkin sahəsini suvaran  zaman Əmiraslan adlı qonşusu ilə onun arasında mübahisə yaranıb. Qonşu bel ilə onun başına zərbə endirib.

 

"Sözümüz çəpləşdi, ağacla vurdu. Evə gedəndə o biri oğlu bir ağac vurdu, biri də qollarımı tutdu. O biri isə bel aləti ilə başıma vurdu".

 

Zərərçəkmiş təpə nahiyəsinin travması diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

"Döyülmə ilə əlaqəli Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasınn tramvatologiya şöbəsinə gətirilib. Baş nahiyəsində əzilmiş, çapılmış  yara var idi. Yaralara cərrahi müdaxilə olunub".

 

Hazırda şöbədə müalicəsini davam etdirən xəstənin vəziyyəti normallaşıb. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli