Ölümdən döndü: iri gürzə Salyan sakininə hücum etdi
Salyan sakini gürzə hücumuna məruz qalıb. APA TV-nin məlumatına görə, hadisə Salyan rayonunun Yenikənd kəndinin ərazisində qeydə alınıb. Kənd sakinlərindən biri pay torpağını suvarıb geri qayıdarkən qəflətən ilan hücumuna məruz qalıb. Gürzə olduğunu görən kənd sakini özünü itirməyib və müdafiə məqsədi ilə əlindəki bellə ilanın baş nahiyəsinə vuraraq öldürüb. Uzunluğu 1,5 metr olan başı kəsilmiş nəhəng gürzə isə görənləri heyrətə gətirib.