Biləsuvarda narkobanda ələ keçdi
Biləsuvar polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin izinə düşərək onları ifşa edib. APA TV-nin cənub bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Saməddin Vahidov tanışı və həmyerlisi olan Bəhlul Əliyevlə cinayət əlaqəsinə girərək şəxsiyyəti hələlik məlum olmayan İran vətəndaşından narkotik maddə almaq üçün Biləsuvar rayonuna gəlib.
Cinayətin digər iştirakçısı Bəhlul Əliyev isə hadisə yerindən qaça bilib. Saməddin Vahidovun çantasına baxış keçirilərkən oradan narkotik maddədən əlavə onun xarici ölkəyə getmək üçün qatara bilet aldığı da məlum olub. Saxlanılan şəxs polisə verdiyi ifadəsində narkotik maddəni əldə etdikdən sonra Rusiya Federasiyasına qaçmağı planlaşdırdığını bildirib.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi açılıb, hadisədə şübhəli bilinən digər şəxslərin də yaxalanaraq istintaq orqanlarına cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.