Lənkəranda velosiped sürən 9 yaşlı oğlan maşının altında qaldı

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır-yol nəqliyyat qəzası baş verib. APA TV-nin  cənub bürosunun məlumatına görə, hadisə rayonun Darquba kəndi ərazisində qeydə alınıb.

 

Lənkəran şəhər sakini, 23 yaşlı  Nahid Məlikzadə oğlu Məmmədzadə idarə etdiyi "VAZ-2106" markalı maşınla yolda velosipedlə hərəkət edən Darquba kənd sakini, 9  yaşlı Samir Cəfərovu vurub. Sürücü dərhal xəsarət alan oğlanı maşınına qoyaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

 

Xəstəxanada  qapalı kəllə-beyin travması ilə qəbul olunan yaralının həyatının qorunması üçün zəruri tədbirlər görülüb, hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

 

Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.

 

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv