Şadlıq sarayının sahibini bıçaqladılar

Ötən gün Xaçmazda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhərində yerləşən “Elmin” şadlıq sarayının sahibi, iş adamı 60 yaşlı Adil Quliyev bıçaqlanıb. Ona baş nahiyəsindən iki bıçaq zərbəsi endirilib. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Daha bir bıçaqlanma hadisəsi isə Xaçmaz şəhəri, Sabir küçəsində qeydə alınıb. Sabir küçəsi 60 ünvanında yaşayan 22 yaşlı Novruz Ələkbərov bıçaqlanıb. Onun bel və alın nayihəsinə 2 bıçaq zərbəsi vurulub. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.  Xaçmaz Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan