"Qalatasaray" "Atletiko" ilə eyni qrupa düşdü
Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. APA TV-nin məlumatına görə, püşkdə 32 iştirakçı komanda 8 qrupda yerləşdiriliblər. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi "Barselona" E qrupunda yer alıb. Katalonlar bu qrupda Almaniyanın vitse-çempionu "Bayer", "Roma" və Belorusiya çempionu BATE ilə birlikdə çıxış edəcək.
Azərbaycanlı futbolsevərin böyük maraqla gözlədiyi "Qalatasaray"ın da rəqibləri məlum olub. Sarı-qırmızılılar Portuqaliya çempionu "Benfika", Madrid "Atletiko"su və turnirin debütantı "Astana" ilə mübarizə aparacaq.
Bütün qrupların tam tərkibi aşağıdakı kimidir:
A qrupu
1. PSJ
2. “Real”
3. “Şaxtyor”
4. "Malmö"
B qrupu
1. “PSV Eyndhoven”
2. “Mançester Yunayted”
3. MOİK ( Moskva)
4. "Volfsburq"
C qrupu
1. “Benfika”
2. “Atletiko”
3. “Qalatasaray”
4. "Astana"
D qrupu
1. “Yuventus”
2. “Mançester Siti”
3. “Sevilya”
4. "Borussiya" (M)
E qrupu
1. “Barselona”
2. “Bayer Leverkuzen”
3. “Roma”
4. BATE
F qrupu
1. “Bavariya”
2. “Arsenal”
3. “Olimpiakos”
4. "Dinamo" (Zaqreb)
G qrupu
1. “Çelsi”
2. “Porto”
3. “Dinamo” (Kiyev)
4. "Makkabi"
H qrupu
1. “Zenit”
2. “Valensiya”
3. “Lion”
4. "Gent"