Tarif Şurasının qərarından sonra dərman bazarında vəziyyət - XÜSUSİ REPORTAJ
"Tarif şurasının dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı qərarından sonra paytaxtın bir sıra apteklərinə baş çəkib həm qiymət, həm də dərman vasitələrinin satışında qıtlıq yaranması problemi ilə maraqlandıq. Paytaxtın mərkəzi apteklərində "yox" sözü eşitmədik. Alıcıların isə məsələyə münasibəti fərqli oldu".
"Səkkiz aydır müalicə alıram. Reseptimi təqdim edirəm hələ ki, yox deyilməyib. Qiymətindən də razıyam, keyfiyyətindən də, yəni təsiri də normaldır"
"Düz bir aydır şəhərin bütün apteklərini gəzirəm. Həkimin təyin etdiyi dərman tapılmır ki, tapılmır. Əvvəllər asanlıqla tapılırdı, keyfiyyəti də pis deyildi. Amma qiymət söhbətindən qonra dərmanlar qəhətə çəkilib. Əsas qiymət poroblemi deyil, əsas bütün komponentlərin həmin dərmanların tərkibində olmasıdır. Çünki keyfiyyətsiz dərmanın müalicə üçün heç bir xeyri olmur".
Azərbaycanda bəzi dərmanlara vahid qiymətin tətbiq olunmasından sonra bir sıra apteklərdə dərman qıtlığı müşahidə olunur. Alıcılar apteklərə müraciət edərkən onlara lazım olan dərmanları tapmamaqdan şikayətlənirlər. Bəzən isə dərmanlar əvvəlki günlərlə müqayisədə daha baha satılır. APA TV-yə müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirb ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilk növbədə bu sahədə möhtəkirliyin qarşısını alacaq, ölkənin hər yerində eyni dərman, eyni qiymətə satılacaq. Ən əsası isə dərmanların qiyməti ucuzlaşacaq.
"Amma son illərin təcrübəsi göstərdi ki, bazar münasibətlərində süni surətdə qiymət artırılması halları baş verirdi, dərmanların satışında qeyri-qanuni yollardan istifadə olunurdu. Eyni zamanda, dərmanların bahalığı əhali üçün çətinliklər törədirdi. Ona görə də, bu məsələ hökumətin diqqətində idi. Cənab prezidentin göstərişi ilə Tarif Şurasında bu məsələ ciddi müzakirə olunub. Qonşu ölkələrin təcrübəsi də öyrənilib. Geniş araşdırmaların nəticəsi olaraq Tarif Şurası belə bir qərar qəbul edib. Qərar vətəndaşların maraqlarına uyğundur".
Musa Quliyev bildirib ki, dərman qiymətlərinin artırılmasının iqtisadi əsası yoxdur, bu sui-istifadədir və müvafiq qurumlar sərt tədbirlər görməlidirlər. Millət vəkilinin fikrincə, dövlət tənzimlənməsini bütün dərmanlara tətbiq etməyə ehtiyac yoxdur:
"Hər bir islahat müəyyən problemlərlə müşahidə olunur. İlkin mərhələdə bunlar qaçılmazdır. Birinci növbədə d yenidən qiymətləndilmə prosesində dərmanlar apteklərdən geri götürülür. Çünki bu problemin aradan qaldırması üçün onlar yeni qiymətlərlə satışa buraxılmalıdır. O, üzdən müəyyən mənada qıtlıq yarana bilər. Hesab edirəm ki, istər Səniyyə Nazirliyi, istərsədə Tarif Şurası və İqtisadi İnkişaf Nazirliyi bu məsələni ciddi nəzarətdə saxlamalıdrlar ki, həyatı vacib dərmanlar bütün apteklərdə olsun".
Musa Quliyev heasb edir ki, eyni zamanda, dərman vasitələrinə tətbiq edilən Əlavə Dəyər Vergisinin aradan qaldırılması, yaxud aşağı salınması, ölkə daxilində dərman istehsalını stimullaşdıran addımlar da atılmalıdır.
Sözügedən məsələni dəyərləndirən tibb elmləri doktoru, professor Adil Qeybulla vahid qiymət prosedurunu dəstəkləyir. Adil Qeybulla qeyd edib ki, Azərbaycanda dərman vasitələrinin qiymətlərinin baha olması məsələsi illərdir ki, müxtəlif səviyyələrdə müzakirə olunub. Onun sözlərinə görə, dərman maddələrinin qiymətlərində bahalığın müşahidə olunmasında manatın devalvasiyasının da təsiri var.
"Manatın devalivasiyası ilə bağlı bu qərarın verilməsi dövlətin məcburi addımı kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, bu düzgün addımdır. Yəni bəzi dərman maddələrinin xüsusilə əhalinin gündəlik tələbatı olan dərman maddələrinin qiymətinin tənzimlənməsinə dövlətin müdaxiləsinə bir ehtiyac yaranıb. Tarif Şurası da ən çox istifadə olunan dərman vasitələrinin həm şişirdilmiş qiymətlərini endirib, həm də müəyyən fiksə edilmiş həddə saxlayıb. Bu əhalinin sosial müdafiəsi kimi qiymətləndirlməlidir".
Adil Qeybullanın sözlərinə görə, qiymət tənzimlənməsi bütün dərman vasitələrinə şamil oluna bilməz.
"Çünki bəzi Avropa istehsalı olan dərmanlar var ki, onlar bazarda çox bahadır. Onların ölkəyə gəriilməsi, gömrük qeydiyyatından keçməsi, sahibkarın öz xərcləri bütün bunlar müəyyən məsrəflərdir ki, dərmanların qiymətinin müəyyən həddə endirilməsi mümkünsüzdür. O, dərmanların ki qiymətləri süni şəkildə xeyli artılrılb, onların siyahısı Tarif Şurası tərəfindən tam dəqiqləşdirlib. Sahibkarın da maraqları nəzərə alınmaqla qiymət müəyyən həddə saxlanılmalıdır".
Səhiyyə Nazirliyindən APA TV-yə verilən məlumatda isə bildirlir ki, dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən də bu preparatların alışına müsbət təsir göstərməklə əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin artımına, bu siyahıya daha da keyfiyyətli və effektiv dərman preparatlarının daxil olunmasına şərait yaradacaq.
Qeyd edək ki, Tarif Şurasının 2015-ci il 25 avqust tarixində keçirilmiş növbəti iclasında daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılmış, bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.
Sentyabrın 15-dən sonra qüvvəyə minəcək qərara əsasən hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enəcək.