Bakıda xuliqanlıq: arvadını boşayan şəxs maskalılar tərəfindən döyüldü

Bakıda xuliqanlıq hadisəsi baş verib. Həyat yoldaşı ilə boşanan kişi naməlum şəxslər tərəfindən döyülüb. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeyd alınıb.
 

Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Bağırov Adil Dadaş oğlu şikayət ərizəsi ilə 1-ci polis bölməsinə müraciət edib. Onun iddiasına əsasən 3 nəfər maskalı şəxs onu döyüblər. Adil Bağırov bildirir ki, həmin adamlar ona həyat yoldaşı ilə boşandığı üçün xəsarətlər yetiriblər.

Polis araşdırmalara başlayıb. 

Müəllif | Apa.Tv
Apa.tv