DGK-nin sədri Aydın Əliyev Yardımlıda qəbul keçirib
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Yardımlı şəhərində bu rayonla yanaşı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarından olan sakinləri qəbul edib. APA TV-nin cənub bürosunun məlumatına görə, DGK-nın müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda müraciətlər əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.
DGK-nın sədri əksər müraciətlərin yerindəcə həlli üçün tabeliyindəki strukturların rəhbərlərinə göstərişlərini verib.
Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı bir sıra müraciətlər barədə vətəndaşlara lazımi izahatlar verilib və həmin müraciətlər aidiyyatı orqanlara çatdırılmaqdan ötrü qeydiyyata alınmaqla nəzarətə götürülüb.