Sankt-Peterburqda azərbaycanlıların arasında qan düşdü: ölən var

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılar arasında münaqişə baş verib. APA TV-nin məlumatına görə, hadisə şəhərin məşhur “Apraksin dvor” ticarət mərkəzində baş verib. Qarşıdurma zamanı 3 azərbaycanlı bıçaq xəsarəti alıb. Onlardan biri xəstəxanaya aparılarkən təcili tibbi yardım maşınında ölüb. Digərləri isə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vəziyyəti ağırdır.

 

Faktla bağlı cinayət işi başlanıb. Hadisənin motivi hələlik bəlli deyil.

Müəllif | Apa.Tv
Apa.tv