Jurnalist Mahal İsmayıloğlu vəfat etdi

Jurnalist Mahal İsmayıloğlu dünyasını dəyişib.

 

Bu barədə APA-ya Mahal İsmayıloğlunun qızı Ayan Sadıqlı məlumat verib. Onun sözlərinə görə, jurnalist dializ üçün bu gün Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Dializ qəbulunun başa çatmasına beş dəqiqə qalmış o komaya düşüb və keçinib. Ayan Sadıqlı əlavə edib ki, Mahal İsmayıloğlu sabah dəfn olunacaq. Dəfn yeri və vida mərasiminin keçiriləcəyi məkan dəqiqləşdirilir.

 

Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. 1982-1984- ci illərdə İrəvanda nəşr olunan “Sovet Ermənistanı” qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984-1987-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor işləyib. 1990-cı ilin avqustundan Azərbaycanda ilk azad mətbu orqanlardan olan “Aydınlıq” qəzetində çalışıb. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək “Xalq qəzeti”nin baş redaktoru işləyib.

Müəllif | Apa.Tv
Apa.tv