Nazir Səlim Müslümov Tovuzda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tovuzda bu rayonun və Ağstafa, Qazax, Şəmkir, Gədəbəy rayonlarının sakinlərini  qəbul edib.

 

APA TV-nin məlumatına görə, vətəndaşların müraciətləri əsasən məşğulluğun təminatı, bərpa müalicəsinə köməklik göstərilməsi, mənzil və minik avtomobilləri ilə təmin olunma, müxtəlif sosial təminat növlərinin təyinatı ilə bağlı olub.  Səlim Müslümov müraciətlərdə qaldırılan məsələlərlə bağlı qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, müvafiq hallarda vətəndaşlara ətraflı hüquqi izahatların verilməsi barədə göstərişlər verib. Nazir həmçinin bir sıra şəxslərin əlillik vəziyyətlərinin diqqətlə müayinə olunması, habelə ünvanlı dövlət sosial yardımı almaq hüquqlarının olub-olmadığının müəyyən edilməsi və nəticəsinə əsasən qanunauyğun qərarların verilməsini tapşırıb.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. 

Müəllif | Apa.Tv
Apa.tv