Nazir Əli Abbasov Gəncədə vətəndaşlarla görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Gəncədə  vətəndaşları qəbul edib.

Gəncə şəhərindən və ətraf 5 rayondan olan vətəndaşların müraciət və təklifləri əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, rabitə, televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti məsələlərlə bağlı olub.
Ölkədə fəaliyyət göstərən mobil, həmçinin stasionar rabitə operatorlarının fəaliyyəti ilə bağlı da müraciətlər edilib.

 

"Baksell" və "Azərsell"in lisenziyasının uzadılması yaxın 1 ildə olmalıdır. Təkcə mobil yox, eləcə də stasionar operatorlara keyfiyyətin yüksəldilməsi tələbləri qoyulub. Biz onların hamısını qlobal testdən keçirdik. Testin nəticələri, bütün çatışmazlıqlar operatorlara göndərilib. Həm də lisenziyaların uzadılması zamanı biz bu faktları nəzərə alacağıq. Onlar gələcək planları, çatışmazlıqların aradan qaldırılması, texnoloji inkişaf üçün tapşırıqlarını alıblar".

 

Nazir vətəndaşların təklifləri və qaldırdıqları məsələlərlə bağlı müvafiq göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv