"Qarabağ" "ölüm" qrupunda, "Qəbələ" yenə yunanlarla - PÜŞK ATILDI

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. APA TV-nin məlumatına görə, Monakoda keçirilən tədbirdə iki Azərbaycan klubunun rəqibləri müəyyənləşib. 

 

Qrup mərhələsində çıxış edəcək 48 komanda 12 qrupa bölünüb. 4 mərhələ keçib, tarixində ilk dəfə əsas raunda yüksələn “Qəbələ” C qrupunda yer alıb. Təmsilçimizin rəqibləri “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya) olacaq.

 

Azərbaycan çempionu “Qarabağ” ikinci dəfə mübarizə apardığı qrup mərhələsində “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa) ilə qüvvəsini sınayacaq. Bu komandalar J qrupunda qərarlaşıb.

Türkiyə klubları da çətin rəqiblərlə görüşəcəklər. "Fənərbaxça" A qrupunda "Ayaks", "Seltik" və Norveçin "Molde" komandaları ilə qarşılaşacaq. "Beşiktaş" isə H qrupunda "Sportinq", "Lokomotiv Moskva" və Albanianın “Skenderbeu" klubları ilə mübarizə aparacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv