PKK-dan xain hücum: Şanlıurfada iki polis şəhid oldu

Türkiyənin Şanlıurfa vilayətində xəstəxanadan çıxan polis maşınına silahlı hücum olub. APA TV-nin Türkiyə saytlarına istinadən verdiyi məlumata görə, iki polis şəhid olub. Ağır yaralanan polisləri həkimlər xilas edə bilməyiblər.

 

Terrorçular hadisə yerindən qaça biliblər. Polislərə tapançalardan yaxın məsafədən atəş açılıb. Hadisədən sonra bölgədə genişmiqyaslı əməliyyatlara başlanılıb. Terror aktını PKK-nın törətdiyi məlumdur. Terrorçuların axtarışları davam edir.

Müəllif | Apa.Tv
Apa.tv