PKK AKP-nin binasını partlatdı

Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) binasına hücum olub. Silahlı hücum partiyanın Şanlıurfada yerləşən ofisində edilib.

 

APA TV-nin "Anadou" agentliyinə istinadən verdiyi məlumata görə, hücum 2 PKK silahlısı tərəfindən həyata keçirilib. Terrorçulardan birinin qadın olduğu bildirilir.

 

Binanın içərisinə 3 ədəd qumbara atılıb, onlardan biri partlamayıb. Hücum nəticəsində partiyanın binasına ciddi ziyan dəyib.

 

İçəri daxil olan terrorçular bir dövlət məmurunu silaha hədələyiblər. Polislə baş verən atışmada qadın terrorçu yaralandığı üçün ərazidən uzaqlaşıb. Lakin polis terrorçunu  qəsəbə qəbristanlığında saxlayıb.
 

Yaralı terrorçu qadın xəstəxanaya çatdırılıb. Kişi terrorçu hadisə yerində qaçsa da polis onu taparaq həbs edib.

 

Hücumdan sonra hadisə yerində ciddi təhlükəsizlik tədbirləri görülüb.

Müəllif | Apa.Tv
Apa.tv