Bakıda müəmmalı hadisə: 43 yaşlı kişinin meyiti mənzilindən tapıldı

Bakıda mənzildən meyit tapılıb
 
APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Nəsimi rayonunda, mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
 
Xilasedicilər mənzilin giriş qapısını açıb, 1972-ci il təvəllüdlü Musayev Mansur Rüstəm oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər. 

Müəllif | Apa.Tv
Apa.tv