Kliçko Poroşenkonun partiyasının lideri seçildi

Kiyev meri Vitaliy Kliçko "Pyotr Poroşenkonun "Həmrəylik" Bloku" Partiyasının lideri seçilib. APA TV-nin Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu qərar partiyanın qurultayında verilib. Qurultayda çıxışı zamanı bu təklifi dəstəkləyənlər arasında BPP fraksiyasnın lideri Yuriy Lusenko da olub.

"Təklif edirəm ki, "Pyotr Poroşenkonun "Həmrylik" Bloku" Partiyasının rəhbərliyinə Vitaliy Vladimiroviç Kliçko gətirilsin. O, partiyanın daha da inkişaf etməsinə kömək etməyə qadir birisidir" deyə "UDAR" və "Həmrəylik partiyalarının ümumi qurultayında o təklif irəli sürüb.

Qeyd edək ki, bundan əvvəl "Pyotr Poroşenkonun "Həmrylik" Bloku" və "UDAR" Partiyaları birləşəcəklərini açıqlamışdılar. Proses artıq yekunlaşıb. Vahid partiyaya çevrilən iki təşkilat yeni ad barədə sonra fikirləşəcəklər. Daxili seçkilərə birləşmiş partiyalar hələlik "Həmrəylik" adı altında gedəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv