Bakıda avtobus yandı - REAL GÖRÜNTÜ

Bakı şəhərində avtobus yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib. Bildirilib ki,  sürücüsü hələlik məlum olmayan avtobus yanır. FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi istiqamətində iş aparırlar.

 

FHN-nin mətbuat xidmətindən avtobusda sərnişin olmadığı bildirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv