Neftçalada avtomobil kanala düşdü, sürücü öldü

Neftçalada avtomobil su kanalına düşüb. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Neftçala rayonunda  avtomobilin su kanalına aşması nəticəsində sürücü dünyasını dəyişib. Hadisə rayonun Boyat kəndinə baş verib. Masallı rayon sakini 50 yaşlı Tağıyev Vidadi Məmmədtağı oğlu "VAZ 21011" markalı avtomobillə   hərəkətdə olarkən  avtomobili yol kənarındakı su kollektoruna aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da xilas ola biliblər. Avtomobildə olan şəxslər Masallıdan  Neftçalaya  balıq tutmaq məqsədi ilə gəldikləri bildirilir.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasetmə qüvvələri  sürücünün meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər.

 

Faktla bağlı Neftçala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı