Dollar və rubl bahalaşır, avro ucuzlaşır – HƏFTƏNİN İLK RƏSMİ MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı həftənin ilk gününün valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ötən həftənin sonunda bahalaşmağa başlayan ABŞ dolları bu həftə də analoji tendensiyanı saxlayır. Mərkəzi Bank 1 ABŞ dollarının qiymətini 1,048 manat olaraq müəyyənləşdirib. Avro isə ucuzlaşmaqda davam edir. Ötən həftə 1,2 manatlıq psixoloji həddi keçən avronun qiymətində  həftə sonu ucuzlaşma qeydə alınıb. Bu həftə də avro ucuzlaşmaqda davam edir. Mərkəzi bank 1 avronun qiymətini 1,1789 manat olaraq müəyyən edib. Rusiya rublu da manat qarşısında cüzi olaraq möhkəmlənib. Rəsmi məzənnəyə əsasən 1000 Rusiya rublunun dəyəri 16 manat 10 qəpikdir. 

Müəllif | Apa.Tv
Apa.tv