Göygöldə baş verən qəzada Türkiyə vətəndaşı öldü

Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, “Mercedes”  və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü İsmayıl Aktaş ölüb, Şəmkir rayon Zəyəm kənd sakinləri, 34 yaşlı Anar Xəlilov, 23 yaşlı Ramin Allahverdiyev və 26 yaşlı Elvin Məmmədov ağır bədən xəsarətləri alıblar. Yaralılar  Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli