Tovuzda ağır yol qəzası: iki nəfər öldü

Tovuz rayonunda ağır yol qəzası baş verib, iki nəfər ölüb. APA TV-nin məlumatına görə, qəza zamanı “KamAZ” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində “Mercedes”in sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Meyitlərin maşından çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Xilasedicilər deformasiya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli