Salyanlı idmançının adı "Dünya rekordlar kitabı"na düşdü

Pəhləvan-güləş idman növü üzrə 3 dəfə Avropa və 3 dəfə Dünya Kubokunun sahibi salyanlı Vüsal Cavadlı daha bir ilkə imza atıb. APA TV-nin məlumatına görə, o, Qafqaz Dünya Rekordlar Federasiyasının prezidenti Etibar Budaqlının iştirakı ilə "Dünya rekordlar kitabı"na düşmək üçün Salyan Olimpiya İdman Kompleksində xüsusi nömrə göstərib. Ayaqları bağlı başı aşağı sallanan Vüsal Cavadlı  əllərində hər birinin çəkisi 24 kiloqram, dişində isə 32 kiloqram olan çəki daşlarını 16 saniyə saxlayıb. Bununla da Vüsal Cavadlının adı ilk dəfə olaraq Dünya Rekordlar Kitabına düşüb. İdmançı gələcəkdə adını "Ginnesin rekordlar kitabı"na yazdırmaq niyyətindədir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı