ABŞ-Çin müharibəsi başlayır: hakerlər hücumları intensivləşdirib

Barak Obama administrasiyası Çinin fiziki və hüquqi şəxslərinə qarşı iqtisadi sanksiyalar paketi hazırlayır. APA TV-nin məlumatına görə, buna səbəb çinli hakerlərin ABŞ dövlət və qeyri-hökumət sektoruna daxil qurumlara hücumları genişləndirməsidir. Çinli hakerlər bu qurumların elektron təhlükəsizlik sistemlərini sındıraraq ticarət sirlərini oğurlamağa müvəffəq olurlar. Administrasiyanın yüksək vəzifəli şəxsi bildirib ki, Vaşinqtonun sanksiyalar tətbiq etməklə iqtisadi casusluğa cavab verməkdən başqa yolu qalmayıb.

 

İlkin məlumata görə, çinli hakerlər 21 milyon amerikalı məmura dair məlumatları ələ keçiriblər. 

Müəllif | Apa.Tv
Apa.tv