Sentyabr ayının havası - PROQNOZ

Sentyabr ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.  Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 21-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 mm) olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv