Sabah Bakıda yağış yağacaq

Sentyabrın 1-də Bakıda  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan  APA TV-yə verilən məlumata görə, səhər Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal küləyi əsəcək, gecə 19-22, gündüz 24-28 dərəcə isti olacaq.

 

Azərbaycanın bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama yaxın yağış tədricən kəsiləcək. Gecə 16-21, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv