Bakıda “Toyota” 35 yaşlı kişini vurdu - PİYADA ÖLÜMÜ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Azadlıq prospektində qeydə alınıb.

 

Bakı şəhər sakini Vidadi Məhərrəmov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb. Hazırda ölən şəxsin kimliyi araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv