General Rəşid Dustum: "İŞİD-in Azərbaycan və Qafqazı əhatə edən planları var"
"İŞİD-in Azərbaycanı və Qafqazı əhatə edən planları var". APA TV-nin məlumatına görə, bu fikirləri Əfqanıstanın vitse-prezidenti, general Rəşid Dustum "Anadolu" agentliyinə müsahibəsində deyib. General bildirib ki, Taliban və İŞİD təkcə Əfqanıstan üçün deyil, Orta Asiya və dünya üçün böyük təhlükədir. “İŞİD dünyanın düşmənidir. Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan və Qafqazı əhatə edən planları var. Suriya və İraqda törətdiklərini bu ərazilərdə təkrarlamaq istəyirlər”.
PKK-nın Türkiyədə törətdiyi terror aktlarına da münasibət bildirən Rəşid Dustum baş verənlər üzüldüyünü deyib və şəhid ailələrinə başsağlığı verib. Qeyd edək ki, general Dustumun atası özbək, anası isə türkməndir.