Ukrayna parlamentinin qarşısında partlayış: 30 əsgər yaralandı – PARTLAYIŞ ANI

Ukrayna Ali Radası Konstitusiya dəyişiklikləri haqqında prezidentin təqdim etdiyi qanun layihəsini qəbul etdikdən sonra parlamentin qarşısında aksiya başlayıb. APA TV-nin məlumatına görə, aksiya iştirakçıları parlamentə daxil olmaq istəyiblər, bu zaman binanı mühafizə edən Milli Qvardiyanın əsgərləri ilə nümayişçilər arasında toqquşma baş verib. Toqquşma anında aksiya iştirakçıları qvardiya əsgərlərinə tüstü şaşkaları, səs bombası və əl qumbarası atıblar. Qumbaranın partlaması nəticəsində 30 əsgər yaralanıb. Parlament qarşısında vəziyyət gərgin olaraq qalır. 

Müəllif | Apa.Tv
Apa.tv