Üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında “2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası” müzakirəyə çıxarılıb.

 

APA TV-nin məlumatına görə, qayda barədə MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

 

Natiq Məmmədov 5 milyon 250 min ədəd bildiriş hazırlanacağını bildirib. Qayda səsverməyə çıxarılaraq qəbul edilib.

 

İclasda Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilib. MSK bəzi dairə seçki komissiyaların tərkibində dəyişiklik də  edib.

Müəllif | Apa.Tv
Apa.tv