Avro və rubl bahalaşmağa başladı, dollar ucuzlaşır – YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, bir həftəlik aradan sonra ABŞ dolları manat qarşısında dəyərini itirməyə başlayıb. Mərkəzi Bank 1 ABŞ dollarının dəyərini 1.0479 manat olaraq müəyyənləşdirib. Avro və Rusiya rublunun dəyəri isə artmaqdadır. Yeni məzənnəyə əsasən, 1 avro 1.809 manat, 1000 Rusiya rublu isə 16 manat 20 qəpikdir. Qeyd edək ki, Mərkəzi Bank həftə içi hər gün yeni valyuta kurslarını açıqlayır. 

Müəllif | Apa.Tv
Apa.tv