Bərdədə 15 yaşlı oğlan kanalda batdı

Bərdə rayonunda 15 yaşlı yeniyetmə Yuxarı Qarabağ kanalında batıb.

 

APA TV-nin xəbərinə görə, batan şəxs Bərdənin Xanağalı kənd sakini Cəfərov Vüsal Qara oğludur.

 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfər batdığına dair məlumat daxil olub. Hadisə yerinə nazirliyin xilasediciləri cəlb edilib və axtarışlara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv