İspaniyada fişəng zavodu partladı: 5 ölü, 6 yaralı

İspaniyanın şimal-şərqində yerləşən fişəng zavodunda güclü partlayış baş verib.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Zaraqoza şəhəri yaxınlığında qeydə alınan partlayış nəticəsində ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb.

 

Partlayışın səbəbi hələlik bilinmir. İspaniya polisi hadisə ilə bağlı araşdırma aparır.

 

Qeyd edək ki, 1860-cı ildə yaradılan "Pirotecnia Zaragozana" adlı zavodda əvvəllər iki dəfə partlayış qeydə alınıb. 1973-cü ildə baş verən partlayışda 5 nəfər həlak olub.

Müəllif | Apa.Tv
Apa.tv