İŞİD dörd əsgəri diri-diri yandırdı – QORXUNC EDAM
İŞİD terrorçuları 4 nəfəri diri-diri yandırıb. APA TV-nin məlumatına görə, qorxunc edam aktı İraqın Ənbar vilayətində gerçəkləşdirilib. İraq ordusunun dörd əsgərini ayaqlarından asaraq yandıran terrorçular edamın görüntülərini internetdə yayımlayıblar. Edam olunan əsgərlər İŞİD əleyhinə kəşfiyyat məlumatları toplamaqda ittiham olunub. Edamı İŞİD-in əslən Kosovodan olan komandirlərindən biri həyata keçirib.