Bakıda nəhəng Sağlamlıq Mərkəzi açılacaq
Bakıda XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresi keçirilir. Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən və sentyabrın 15-dək davam edəcək konqresdə Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin (ATU) səlahiyyətli şəxsləri, habelə 22 ölkədən dəvət olunmuş cərrahiyə və qastroenterologiya üzrə tanınmış mütəxəssisləri iştirak edir.
Konqresin açılışında çıxış edən ATU rektoru Əhliman Əmiraslanov dedi ki, ölkədə yeni müasir standartlara cavab verən müəssisələr tikilir və ya əsaslı təmir edilir. Qarşıda duran əsas məsələ yeni müəssisələrin lazımlı mütəxəssislərlə təmin olunmasıdır.
Səhiyyə nazirin müavini Elsevər Ağayev isə bildirdi ki, XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresinin 6-sı Bakıda keçirilib. Nazir müavini dedi ki, bu il Azərbaycanda 300 min kvadrat metr sahədə tibb müəssisələri tikilib və ya əsaslı təmir edilib. Yaxın günlərdə 50 min kvadrat metr sahəsi olan Bakı Sağlamlıq Mərkəzinin açılışı gözlənilir.