Cəbhədə atışma: iki erməni hərbçisi yaralandı
Azərbaycan Ordusunun Ermənistan silahlı bölmələrinin ötən gün axşam saatlarında cəbhə xəttində atəşkəs rejimini pozmasına cavab olaraq açdığı atəş nəticəsində iki düşmən hərbçisi yaralanıb.
APA TV-nin xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan “NEWS.am”a açıqlamasında Ermənistanın Tavuş rayonu, Ayqepar və Çinari kəndləri yaxınlığında yaralananların həqiqi hərbi xidmət çəkən 1996-cı il təvəllüdlü Vladimir Aramoviç Gevorkyan və 1993-cü il təvəllüdlü Qor Ambartsumoviç Gevorkyan olduğunu bildirib.