İŞİD Türkiyəyə hücum etdi: 1 şəhid, 1 yaralı, 1 itkin

PKK terror təşkilatı Türkiyənin Van şəhərində hərbi korteji partlatmaq istəyib.

 

APA TV-nni məlumatına görə, Gözəlsu məhəlləsində yola döşənən mina xoşbəxtlikdən hərbi kortej keçəndən sonra partlayıb. Partlayış zamanı xəsarət alan olmayıb. Yolda isə dərin çatlar meydana gəlib.

 

PKK-çılar həmçinin Türkiyə Silahlı Qüvvələrinə aid Taxtaqayalıqlar deyilən ərazidəki posta hücum təşkil edib. Terrorçular hücum zamanı iriçaplı pulemyotlardan və qumbaraatanlardan istifadə ediblər. Ordu qüvvələri terrorçulara qarşı ərazidə geniş əməliyyata başlayıb.

 

Suriya-Türkiyə sərhədindəki Kilis şəhərində isə İŞİD terrorçuları Türkiyə Silahlı Qüvvələrinin iki əsgərini vuraraq yaralayıblar. Kilis valisi Süleyman Tapsız mətbuata verdiyi açıqlamada bildirib ki, yaralı əsgərlərdən biri xəstəxana həyatını itirib. Digər əsgərin vəziyyətinin isə ağır olduğu, atışma zamanı bir türk əsgərinin də itkin düşdüyü bildirilib.

 

Hadisədən dərhal sonra Türkiyə Silahlı Qüvvələrinə aid helikopterlər ərazidə geniş əməliyyata başlayıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv