Avro yenə bahalaşdı, rubl ucuzlaşdı – GÜNÜN RƏSMİ MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı növbəti günlük valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının kursu dəyişməz qalıb, Mərkəzi Bank kursu 1,0479 manat olaraq saxlayıb. Avro isə manata qarşı bahalaşmaqda davam edir. Bu günə açıqlanan məzənnəyə əsasən 1 avro 1,1813 manatdır. Rusiya rublu isə dəyər itirməkdədir. Mərkəzi Bank 1000 Rusiya rublunun dəyərini 15 manat 70 qəpik olaraq açıqlayıb. 

Müəllif | Apa.Tv
Apa.tv