PKK türk polislərini atəşə tutdu: şəhid var
Türkiyənin Batman bölgəsində PKK terrorçuları polis maşınına silahlı hücum edib. APA TV-nin xəbərinə görə, hadisə Batmanın Həsənkeyf yolunda qeydə alınıb.
Silahlı qarşıdurma nəticəsində bir polis zabiti şəhid olub, digəri isə ağır yaralanıb. PKK terrorçuları ilə polis arasında yaşanan silahlı qarşıdurma təxminən 20 dəqiqə çəkib. Terroristlərdən bir nəfəri öldürülüb, ikisi yaxalanıb.
Ağır yaralanan polis Batman dövlət xəstəxanasına yerləşdirilib. Şəhid olan polis evli olub, onun iki 2 övladı var.