Elmira Süleymanova: "Media Ombudsmanı ilə bağlı qərar veriləcək"

“Gözləyirik ki, ilin sonuna kimi media Ombudsmanı ilə bağlı qərar veriləcək və gələn ilin əvvəlindən fəaliyyətə başlayacaq”.

 

APA TV-nin məlumatına görə, bunu İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova dedi. O bildirdi ki, informasiya ombudsmanının fəaliyyət göstərməsi ilə bağlı onun həm özü, həm də jurnalistlər tələsirlər.

 

Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi proseslərlə bağlı qanun pozuntuları barədə Ombudsman Aparatına şikayət daxil olub-olmaması ilə bağlı suala cavab verən Elmira Süleymona bildirdi ki, quruma bununla bağlı heç bir şikayət daxil olmayıb:

 

Elmira Süleymanova seçki prosesinin tam şəffaf, ədalətli və demokratik keçirilməsi istiqamətində Ombudsman Aparatının həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

 

Müəllif | Apa.Tv