Şəkidə 30 yaşlı kişi, Bakıda 23 yaşlı qadın özünü asdı
Şəkidə intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, Şəki şəhər sakini, 1985-ci il təvəllüdlü Seymur Qədirbəyli yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Bakıda da intihar hadisəsi qeydə alınıb. Hadisə rayonun Ələt qəsəbəsində baş verib. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Güllü Süleymanova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.