İraqda 18 türk işçi oğurlandı

İraqın paytaxtı Bağdadda 18 türk işçi qaçırılıb.

 

APA TV-nin Haberler.com-a istinadən xəbərinə görə, işçilər gecə yatdıqları yerdə hərbi formada üzü maskalı olan şəxslərin hücumuna məruz qalıblar.

 

İraqlı general Saad Maan "Reuters"ə bildirib ki, silahlılar türk işçiləri Bağdadın şimal-şərqindəki Həbibiyyə bölgəsinə qaçırıblar.

 

Türkiyə Xarici İşlər Nazirliyi  faktı təsdiqləyib. Bildirilir ki, "Nurol Holding"in əməkdaşları olan işçilər Bağdadın Sədr bölgəsində stadion tikintisi ilə məşğul olublar.

Müəllif | Apa.Tv
Apa.tv