Bərdədə kanalda batan 15 yaşlı oğlanın meyiti Ağcabədidən tapıldı
Bərdə rayonunda, Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.
APA TV-nin xəbərinə görə, 15 yaşlı Cəfərov Vüsal Qara oğlunun meyiti batdığı yerdən xeyli aralıda, Ağcabədi rayonun Avşar kəndi ərazisində sudan çıxarılıb.
Qeyd edək ki, Bərdənin Xanağalı kənd sakini Vüsal Cəfərovun kanalda batması barədə Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Məlumata əsasən, nazirliyin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batdığına dair məlumat daxil olub. Hadisə yerinə nazirliyin xilasediciləri cəlb edilib.