"Qalatasaray" 48 saniyə gecikdi, FİFA icazə vermədi - QALMAQAL
“Qalatasaray”ın Dortmund “Borussiya”sından transfer etdiyi Kevin Qrosskroytsun keçidinə FİFA tərəfindən icazə verilməyib.
APA TV-nin məlumatına görə, buna “Qalatasaray”ın lazımi sənədləri vaxtdan 48 saniyə gec göndərməsi səbəb olub.
İstanbul klubu daha sonra FİFA-ya etiraz etsə də, bu dəfə imza çatışmazlığı səbəbindən klubun etirazı qəbul edilməyib və transfer baş tutmayıb.
Məsələ ilə bağlı Dortmund cəbhəsindən də açıqlama gəlib. Almanların rəsmi internet saytından yayılan açıqlamada deyilir ki, oyunçunun Türkiyəyə transferi baş tutmasa da, Türkiyə klubu FİFA-nın icazəsi olmadan da transferin həyata keçməsini istəyib. "Borussiya" "Qalatasaray"ın bu istəyi ilə razılaşıb.
Beləliklə, Qrosskroyts “Qalatasaray”la məşqlərə çıxıb, toplanışlarda iştirak etsə də, yanvar ayınadək oyunlarda forma geyə bilməyəcək.