Yəməndə namaz vaxtı məscid partladıldı: 28 ölü
Yəmənin paytaxtı Sənanın şimalında məsciddə iki partlayış törədilib. APA TV-nin məlumatına görə, terror aktı nəticəsində 28 nəfər ölüb, 100-ə yaxın adam xəsarət alıb.
Məlumata görə, ilk partlayışı namaz vaxtı məsciddə olan terrorçu-intiharçı törədib. İkinci partlayış adamlar məscidi tərk edərkən baş verib. Bu dəfə məscid binasının girişində yerləşdirilmiş partlayıcı işə salınıb.
"İraq Şam İslam Dövləti" terror təşkilatı Səna məscidindəki terror aktına görə məsuliyyətini öz üzərinə götürüb. İŞİD-lə bağlılığı olan "Səna vilayəti" qruplaşmasının yaydığı açıqlamada deyilir ki, bu, husilərə qarşı intiqam aktıdır.
Qeyd edək ki, partlayış törədilən məscidə husilərin "Ənsərullah" hərəkatının tərəfdarları toplaşır.