Zaqatala sakini qoz ağacından yıxıldı, xəstəxanalıq oldu

Zaqatalada 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır bədən xəsarətləri alıb.

 

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-nin yerli bürosuna verilən məlumata görə, hadisə rayonun Çobankol kənd sakini, 1962-ci il təvəllüdlü Fətəli Abdulla oğlu Kərimov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən  travmatik şok vəziyyətində xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 53 yaşlı Fətəli Kərimov yaşadığı kəndin yaxınlığında icarəyə götürdüyü bağda qoz ağacına çıxıb və qoz çırpan zaman ehtiyatsızlıqdan yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fətəli Kərimova qapalı kəllə-beyin travması, beş qabırğasının və qasıq sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti ağır kimi qiymətləndirilir.

Müəllif | Apa.Tv
Apa.tv