Dollar bahalaşdı, avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının kursu manata nisbətdə bahalaşıb. ABŞ valyutası ötən günlə müqayisədə 0,0002 manat və ya 0,02 faiz artaraq 1,0481 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,005 manat və ya 0,42 faiz azalaraq 1,1763 manata enib.

 

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0157 manat olub.
 

 


 

 

Müəllif | Apa.Tv
Apa.tv