Suyun üzərində 125 metr qaçdı - REAL GÖRÜNTÜ
Çində bir insan əsl möcüzə göstərib. APA TV-nin məlumatına görə, Cənubi Şaolin məbədinin kahini Şi Lilianq suyun üzəri ilə 125 metr qaçıb.
Bu hərəkəti yerinə yetirmək üçün o, kiçik faner lövhəciklərdən istifadə edib. Kahin bu məsafəni qət edərkən müvazinətinə o qədər diqqət yetirib ki, ayaqları bir dəfə də olsun, suyun azca dərinliyinə də dalmayıb. Onun yerinə yetirdiyi bu fənd "su üzərində uçuş" adını alıb və kun-funun ustad dərsləri sırasına daxil edilib.
Xatırladaq ki, Şi Lilianq bu fənd üzrə dünya rekordçusudur. Bu ilin yanvarında o, suyun üzü ilə 120 metr qaçmağı bacarmışdı. Onun ilk cəhdinin nəticəsi isə 2009-cu ildə 18 metr məsafə olmuşdu.