Tanınmış prodüserin evi qarət olundu
Azərbaycanın tanınmış prodüserinin evindən oğurluq edilib.
APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Roland Bayramovun evindən 8500 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Masazır qəsəbə sakini Aysel Abdullayeva tutulub.
Qeyd edək ki, Roland Bayramov prodüserliklə məşğul olur.